8 Noyabr 2022 22:19
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edib.

“Bütün azərbaycanlıları Vətənin yad işğaldan azad edilməsi və ədalətin bərqərar olması bayramı münasibətilə təbrik edirəm. Mən səmimi şəkildə bütün Qafqaz xalqlarına müharibələr və etnik münaqişələr əvəzinə sülh və qarşılıqlı əməkdaşlıq arzulayıram.

İnanıram ki, Azərbaycan və Ermənistandakı ağıllı insanlar iki xalqın mənafeyinə uyğun olaraq sülh şəraitində gələcək barədə razılığa gələ biləcəklər”, - o, özünün “Telegram” kanalında yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər