9 Noyabr 2022 10:51
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

.İtaliyada 5,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, İtaliyanın mərkəzində 5,7 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri təxminən 100 min nəfər əhalisi olan Pesaro şəhərindən 35 km şimal-şərqdə yerləşib.

Zəlzələ 10 kilometr dərinlikdə meydana gəlib. Dəymiş ziyan və insan tələfatı ilə bağlı hələlik məlumat yoxdur.

İtaliyada 299 nəfərin ölümünə səbəb olan sonuncu güclü zəlzələ 2016-cı il avqustun sonunda Amatriçe şəhəri yaxınlığında, Latsio, Marçe, Umbria və Abruzzo bölgələri ilə sərhəddə baş verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər