14 Noyabr 2022 21:44
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırkı şərtlər daxilində Azərbaycan vətəndaşlarının İrana səfər etmələri təhlükəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Tehrandakı rejimin Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“İran-Azərbaycan münasibətlərinin hazırkı gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinə ara verilməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur.

İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər. Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağrılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.

Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Məsələn, Fransanın 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırkı şərtlər daxilində İrana səfər təhlükəlidir”.

Elxan Şahinoğlu Güney Azərbaycan ətrafındakı duruma da toxunub:

“Prezident İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı son açıqlamaları Tehran rejimini silkələyib. İran parlamentində rejimə bağlı bir qrup millət vəkili İlham Əliyevi və Azərbaycanı hədəfə alan açıqlamalar veriblər. İçərilərində bəziləri köhnə nağılı təkrarlayıblar: “Gülüstan müqaviləsinə görə Azərbaycan İrandan ayrılıb”.

Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqda danışması gülüncdür. İran rejiminə qulluq edənlər inkarçıdırlar. İran Rusiyaya Ukraynanı bombalamaq üçün dronlar verir, yalandan deyirlər ki, verməmişik. İran maşınları Qarabağa qanunsuz yüklər daşıyırdılar, deyirdilər ki, belə bir şey olmayıb. İmkanları olsa, Urmiya gölünün qurumadığını da söyləyərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər