Dekabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının bu ilin yekun iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasın gündəliyində terrorla mübarizə, “Pəncə-Qılınc” hərbi əməliyyatı və Suriyanın şimalında mümkün yeni quru əməliyyatı məsələləri ön planda olacaq.
Qeyd olunur ki, iclasda Kipr, İraq, Liviya və Ermənistan-Azərbaycan gərginliyi ətrafında baş verən gəlişmələrlə bağlı da müzakirə aparılacaq.