Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyası müxalif deputatların Azərbaycan əleyhinə hazırladıqları bəyanatda Qarabağla bağlı düzəliş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan məlumat verib.
Onun sözlərinə görə, hakim fraksiyanın üzvləri “Ermənistan” blokunun hazırladığı bəyanatdan “Artsax” sözünü çıxarıblar.
“Bəyanatın mətni “Vətəndaş Müqaviləsi” fraksiyasına təqdim edilib, onlar da öz tövsiyələrini veriblər. Onlar öz təkliflərində “Artsax Respublikası” ifadəsini silib, əvəzinə “Qarabağ erməniləri ifadəsini əlavə ediblər. “Öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyin bir hissəsini də siliblər. Yəni bəyanatın mətni tamamilə dəyişdirilib”, - Saqatelyan bildirib.
Deputat Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi fraksiyanın Azərbaycan əleyhinə bəyanat verməkdən imtina etdiyini söyləyib:
“Fransa Milli Assambleyası və Senat bəyanat verir, Ermənistan Milli Assambleyası isə bəyanat verməkdən imtina edir”.