12 Dekabr 2022 12:42
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Rusiya və İrana qarşı sanksiyaları müzakirə edəcəklər.

Telaqraf.com xəbər verir ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə bir araya gələcəklər.

Məlumata görə, gündəlikdə Rusiyaya qarşı 9-cu sanksiya paketində 200-ə yaxın şirkət və şəxsin siyahıya salınması yer alıb.

Həmçinin Rusiya və İrana qarşı əlavə sanksiyaların tətbiqi, Ukraynaya silah yardımı fonduna 2 milyard avro vəsaitin köçürülməsi də müzakirə ediləcək.

Aİ-nin Macarıstana bəzi fond ödənişlərini dayandırması fonunda bugünkü iclasda onun bəzi qərarlara veto qoya biləcəyi bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər