Xəzərin Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Teleqraf.com-a bildiriblər ki, bu gün yerli vaxtla saat 11:25:30-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yerin 59 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,1 bal olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu, gün ərzində regionda qeydə alınan ikinci zəlzələdir. Belə ki, bu gün yerli vaxtla saat 08:05:56-da Naxçıvandan 60 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Yerin 13 km dərinliyində baş verən zəlzələnin maqnitudası 4,4 bal olub. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.