15 Dekabr 2014 14:26
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xolokostun tədrisi və anımı Azərbaycan rəsmilərinin Niderlanda beş günlük səfərinin əsas mövzularıdır.

Dekabrın 15-dən 20-nə kimi davam edəcək səfəri ATƏT-in Baki Layihə Əlaqələndiricisi Amsterdamda fəaliyyət göstərən Anna Frank Evi ilə birgə təşkil edib. ATƏT-in Bakı ofisinin məlumatına görə, Azərbaycan nümayəndə heyəti Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini təmsil edən səkkiz nəfərdən ibarətdir.

Nümayəndə heyəti Amsterdamdakı Anna Frank Evi, Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi, Tədris Proqramlarının Hazırlanması Institutu, eləcə də HAN Tətbiqi Elmlər Universiteti-Orta Məktəb Müəllimləri üçün Tədris Kollecində görüşlər keçirəcək. Onlar həmçinin Müharibə, Xolokost və Soyqırımın öyrənilməsi İnstitutunu və Nederlandın Xolokost Memorialını ziyarət edəcəklər.


Niderlandda ibtidai və orta təhsil, eləcə də Xolokostun tədrisinə dair dövlət siyasəti, habelə orta məktəb müəllimlərinin bu sahədə bacarıqlarının təkmilləşdirilməsi əsas müzakirə mövzuları olacaq. Azərbaycanlı və hollandiyalı mütəxəssislər Xolokostun anmasına dair mövcud təcrübələr haqqında fikir mübadiləsi aparacaq.

Bu səfər, tolreantlıq və qeyri-ayrıseçkiliyin möhkəmləndiriməsinə dair ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin Azərbaycan hökuməti ilə razılaşdırdığı geniş layihənin bir hissəsidir. Layihənin birinci komponenti kimi, 2014-cü ilin 17-18 noyabr tarixlərində Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi – Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda mövcud olan çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Layihə Əlaqələndiricisi bu layihə çərçivəsində 2015-ci il ərzində digər tədbirlər təşkil edəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər