“Rusiya qazından istifadə etməmək qərarına gəlmişik”.
Teleqraf.com xəbər verir ki, bunu İtaliya baş nazirinin müavini Antonio Tacani deyib.
Türkiyənin Azərbaycan, Türkmənistan və Rusiyadan gələn qazların paylanacağı mərkəz olmağı hədəflədiyini bildirən İtaliya rəsmisi qeyd edib:
“İtaliya da bütün Avropa üçün enerji paylama mərkəzi olmağa can atır. Rusiya qazından istifadə etməmək qərarına gəlmişik, bu məsələdə Türkiyə ilə heç bir problemimiz yoxdur. Digər ölkələrə "hə", amma Rusiya qazına "yox”.
Tacani qaçqın böhranının həllində Türkiyəyə ehtiyac duyduqlarını da açıqlayıb:
“Bu dosyenin həllində həlledici ölkə olan Türkiyə ilə danışıqlar aparmaq lazımdır”.