24 Dekabr 2022 13:28
3 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ermənistandan səslənən ittihamlara cavabsız qalmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Dünən axşam Ermənistan futbol topu idi. Dünən axşam Moskvadan, Parisdən bizə dedilər ki, belə davam etsəniz, pis olacaq. Dünən axşam saatlarında bizi aşağıladılar, hədələdilər.

Lavrov bizi danışıqlardan yayınmaqda ittiham etdi. Lavrov açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarını çıxara bilər və biz dinc yaşamağa davam etməliyik”, - ekspert bildirib.

Ovannisyan Ermənistanın Rusiya ilə münasibətlərinin kifayət qədər gərgin olduğunu söyləyib:

“Paşinyanın hökumətin son iclasında verdiyi açıqlamadan məlum oldu ki, Azərbaycan və Türkiyədən sonra indi də Rusiya ilə qarşıdurmaya giririk. Bəllidir ki, yanlış məqamda qeyri-diplomatik dildə Rusiyaya qarşı irəli sürülən ittihamlar cavabsız qalmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu