"İnanırıq ki, bu dəfəki bələdiyyə seçkilərində seçici fəallığı yüksək olacaq".
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, bu fikirləri 20 saylı Nərimanov ikinci seçki dairəsinin 17 saylı məntəqəsinin sədri Dilavər Quliyev deyib. Onun sözlərinə görə, bütün seçkilərdə olduğu kimi adətən səhər saatlarında seçkiyə gələnlərin sayı az olur:
"Siyasi partiyalar və bütövlükdə müşahidəçilər öz işlərini həyata keçirirlər. Qeyd edim ki, bizim məntəqədə 1364 seçici var".
Bəxtiyar