7 Fevral 2023 16:56
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi Vardenisdə (Basarkeçər – red.) sərhəddə Azərbaycana qarşı mövqe tutan “Səlibçilər” adlı hərbi birləşməyə geri çəkilmək əmri verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Məlumatda deyilir ki, “Səlibçilər” dəstəsinin üzvləri mövqelərini boşaltmaq əmri aldıqları üçün Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər.

“Könüllü”lərdən ibarət dəstə nizami hərbi qüvvə hesab edilmir. Azərbaycanla 44 günlük müharibədən sonra “öz təşəbbüsləri” ilə razılaşdırılmış şəkildə sərhəd bölgələrində sərhədin mühafizəsinə cəlb olunmuşdular.

“Səlibçilər”in komandiri Sərkis Poqosyandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər