16 Fevral 2023 04:13
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara yardım üçün ölkənin səkkiz televiziya kanalının təşkil etdiyi ortaq canlı yayım başa çatıb.

Teleqraf.com xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə toplanıb. Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib.

***

00:57

“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib.

Teleqraf.com xəbər verir ki, bu saata olan rəqəm 101 milyard 101 milyon lirə təşkil edir.

Kampaniyaya dünyanın hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) keçirib.

Qeyd edək ki, bu gün saat 20:00-da “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər