16 Fevral 2023 15:32
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kahramanmaraşda dağılmış binalarla bağlı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan podratçı Məsud Başkır qayıqla xaricə qaçarkən Muğlanın Marmaris sahillərində yaxalanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Muğla şəhər təhlükəsizlik idarəsinin asayiş şöbə müdirliyi yayıb.

Şöbəyə onun dəniz yolu ilə ölkədən qaçmağa cəhd etməsi barədə məlumatı daxil olub. Dərhal hərəkətə keçən Sahil Mühafizə Komandanlığı qrupları şübhəlini saxlayıb.

Qayıqda aparılan yoxlamalar zamanı nəzarətə götürülən Məsud Başkır Kahramanmaraşa göndərilib.

Məsud Başkıra Kahramanmaraş Birinci Sülh Cinayət Məhkəməsi tərəfindən “Ehtiyatsızlıqdan ölüm və ya yaralanmaya səbəb olmaq” maddəsi ilə həbs qərarı verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər