20 Fevral 2023 22:43
5 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Münxendə Qarabağla bağlı verdiyi açıqlama Ruben Vardanyanı ərazimizə göndərərək separatizmi qızışdıran Rusiyaya ciddi mesaj idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Moskva tərəfindən Qarabağa göndərilən Vardanyanın qarşısına etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaqla yanaşı, separatizmi qızışdırmaq missiyası qoyulub:

“Şübhəsiz ki, Vardayanan bu yöndəki bütün təlimatları Kremldən alır, onun əsas missiyası məhz bölgədəki gərginliyi saxlamaq və daha da artırmaqdır. Faktiki olaraq, Rusiya Azərbaycana Vardayan vasitəsilə təzyiq etməyə çalışır.

Prezident Əliyev Münxendə bu separatçının Azərbaycan ərazisindən etməli olduğunu və Rusiyanın göndərdiyi bu şəxslə heç bir danışıq aparılmayacağını elan etdi. Bu, Azərbaycanın rəsmi və qəti möveyidir. Amma Azərbaycanın başına bu separatizm bəlasını açan Rusiya geri addım atmaq istəmir, əksinə, vəziyyəti daha da qızışdırmaqla prosesi öz əlində saxlamağa çalışır”.

Məhəmməd Əsədullazadə Azərbaycan prezidentinin sərhədlə bağlı açıqlamasına da toxunub:

“Prezident İlham Əliyev Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulmasının vacibliyini də vurğuladı. Hesab edirəm ki, bu, Bakının planıdır. Bunun üçün Vardayan və ərazilərimizdə Rusiyanın əlinə oynayan separatçı rejim aradan qaldırılmalıdır. Görünür, Rusiya bunları özü etmək istəməyəcək, halbuki bununla əlaqəli üzərinə öhdəliklər götürüb. Öz ərazilərində sabitliyi təmin etmək, ərazi bütövlüyünü təhdid yaradan amilləri aradan qaldırmaq Azərbaycanın müstəsna hüququdur.

Hesab edirəm ki, Vardaynın Qarabağdan çıxarılmasında və ya neytrallaşdırılmasında Ermənistan Baş naziri Nikol Paşinyan da maraqlıdır. Çünki Vardanyan Moskva tərəfindən Paşinyana qarşı alernativ kimi hazırlanır. Rusiyanın planına görə, Xankəndidə “nüfuz”unu artıran Vardanyan sonda Ermənistanda hakimiyyəti ələ keçirməlidir. Amma hələlik Moskvanın bu planı rəvan getmir, Vardanyan qarşısına qoyulan tapşırıqlarını yerinə yetirmədi. Əksinə, Qarabağ erməniləri arasında narazılıq yaratmaqla yanaşı, bölgədə gərginliyi artırdı, yeni problemlər yaratdı. Bir sözlə, bu şəxsin Xankəndidən göndərilməsi Bakı ilə yanaşı, Paşinyanın da marağındadır.

Qənaətimə görə, Azərbaycan il ərzində Laçın yolunda nəzarət-buraxılışı məntəqəsi qoyacaq. “Qarabağ yükü”ndən qurtulmaq istəyən Paşinyan da bunda maraqlıdır. Eyni zamanda, Vardanyan projesinin qarşısını almaqla Qarabağın dağlıq hissəsində ermənilərin qanunsuz silahlı birləşmələrinə və ya separatizmə son qoya bilər. Azərbaycan bununla həm də Fransanın separatçı planının qarşısını alacaq. Təsadüfi deyil ki, Fransada Xankəndində “humanitar məqsədlər” üçün büro açamaq istəyi dilə gətirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər