ABŞ-ın Ermənistandakı səfirliyi Sumqayıt təxribatının ildönümü ilə əlaqədar ermənilərə "həmrəylik" mesajı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində paylaşım edilib.
“Bu gün biz də 1988-ci ilin matəmini saxlayan və anan ermənilərə qoşuluruq: Sumqayıtda həlak olanların xatirəsinə”, - paylaşımda qeyd olunur.
Sumqayıt hadisələri 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterli qırğındır.
Həmin hadisələrin təşkilatçıları ermənilər olub. Sumqayıt sakinləri arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar hadisədə xüsusi rol oynayıblar.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb, onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Sumqayıtda hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Şahid ifadələri və digər faktlar günahkarın əslində erməni əsilli Qriqoryan olduğunu sübut edib.