Azərbaycan Müdafiə Nazirliyinin rəsmi yutub kanalından videolar silinib.
Teleqraf.com xəbər verir ki, hazırda kanalı bərpa etmək mümkün olsa da, videolar üzərində iş aparılır.
Yutub kanalına hücumun ermənilər tərəfindən kütləvi şikayətlə bağlı olduğu iddia edilir.
MN-dən isə bildirilib ki, kanal fəaliyyətini davam etdirir, videolarla bağlı problem isə öz həllini tapacaq.
Qeyd edək ki, MN-in yutub kanalında Vətən müharibəsi zamanı lentə alınan videolar var idi.
***
Hazırda problem aradan qaldırılıb və yutub kanalında videolar öz əksini tapıb.