2 Mart 2023 20:23
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və erməni xalqına sülhdən başqa heç nə lazım deyil. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar sənəd mübadiləsi ilə yanaşı, həm də onlayn diplomatiya formatına keçib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Lilit Minasyan deyib.

Deputat bildirib ki, Azərbaycan bundan əvvəl sülh müqaviləsi ilə bağlı təkliflərini Ermənistana çatdırıb, bundan sonra İrəvan buna müəyyən düzəlişlər edərək Bakıya təqdim edib.

“Onlayn diplomatiyadan istifadə danışıqlar prosesini önəmli dərəcədə sürətləndirməyə imkan verəcək”, - Minasiyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər