8 Mart 2023 16:55
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada fəaliyyət göstərən “News Media” şirkətinin rəhbəri Aram Qabrelyanov Ermənistana gəlib, amma hava limanında onun ölkəyə buraxılmasına icazə verilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraprak” qəzeti məlumat yayıb.

Qabrielyanova səbəb olaraq göstərilib ki, o, Ermənistanda arzuolunmaz şəxsdir və ölkədə sabitliyi poza bilər.

Rusiyanın siyasi dairələrinə yaxınlığı ilə tanınan Aram Qabrelyanov Azərbaycan ərazilərindəki (Qarabağda) separatizmin əsas təbliğatçılarından biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər