11 Mart 2023 22:29
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimləri, ya da 2001-ci ildə olduğu kimi “Türk Yıldızları”nın Bakı səmasında növbəti uçuşları dayandıracaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranın Azərbaycana qarşı son təxribatına diqqət çəkib:

“Tarix təkrarlanır. İran təyyarələri yenə hava sərhədimizi pozurlar. Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti var və onu bənd-bənd yerinə yetirməyə çalışır.

Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatların bir hissəsini xatırlayaq:

İkinci Qarabağ Müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər;

İranın nəqliyyat vasitələri Ermənistandan Qarabağa yük daşıdılar;

Azərbaycan torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar;

İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlimlər keçirdi;

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu;

İranda Azərbaycan vətəndaşı müəammalı şəkildə yoxa çıxdı;

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər.

İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək, qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı dayandırmayacaq. Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimləri, ya da 2001-ci ildə olduğu kimi “Türk Yıldızları”nın Bakı səmasında növbəti uçuşları dayandıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər