Taxıl sazişi çərçivəsində Ukrayna limanlarından 24 milyon ton taxıl daşınıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik bildirib ki, dünya əhalisinə müsbət təsir göstərən bu təşəbbüsün davam etdirilməsi vacibdir:
“Danışıqlar və koordinasiya davam etdirilir. Ehtiyacı olan ölkələrə taxıl təhlükəsiz şəkildə daşınır. Tərəflər təşəbbüsün genişləndirilməsi istiqamətində atılan addımları təqdir edir. Bu danışıqlarda bütün böhranların xoşməramlı və dialoqla həll oluna biləcəyini sübut edən bu təşəbbüsün davam etdirilməsinin vacibliyi tərəflərə xatırladılır. Türkiyə indiyə qədər olduğu kimi bölgədə sülhün və humanitar yardımların təmin edilməsində üzərinə düşəni etməyə davam edəcək”.
Qeyd edək ki, Qara Dəniz Taxıl Təşəbbüsü sənədi Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb.