Yunan Kiprinin Xarici İşlər Nazirliyinin sözçüsü Teodoros Qotsis Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bayrağının yer alması ilə əlaqədar TDT üzvü və müşahidəçi dövlətlər qarşısında qabaqlayıcı tədbirlər gördüklərini deyib.
Teleqraf.com xəbər verir ki, Qotsis Avropa Birliyinə (AB) üzv olan Macarıstan rəsmilərinin önündə ŞKTC-nin simvollarından istifadənin qəbuledilməz olduğunu, buna görə də qabaqlayıcı tədbirlərlə yanaşı, Yunan Kiprinin dərin narahatlığının Budapeştə çatdırıldığını vurğulayıb.
Macarıstandan izahat istənildiyini və məsələnin diplomatik kanallarla həll ediləcəyini bildirən Qotsis məsələnin xarici işlər naziri Konstantinos Kombos tərəfindən AB-nin Brüsseldə keçiriləcək toplantısında macar həmkarına çatdıracağını da bildirib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar və xarici işlər nazirinin TDT-nin fövqəladə toplantısında iştirakları Yunanıstan və Cənubi Kipr mediasında da rezonans doğurub.
Yunan nəşrləri Ərsin Tatarla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zirvədə ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasının vacibliyi ilə bağlı mesajlarına da geniş yer ayırıb.
TDT-nin Ankarada keçirilən toplantısına Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri qatılıb.