Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfir özünün "Twitter" səhifəsində paylaşım edib.
“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!
Əzizinəm yaz gəlsin,
Yaz gəlsin, bahar gəlsin,
Bu Novruz bayramında,
Qəm getsin, sevinc gəlsin.
Novruz bayramınız mübarək olsun!” - səfir paylaşımında deyib.
Səfir sonda xanımıyla Novruz ənənələrindən olan yumurta döyüşdürüb.
Novruz bayramınız mübarək! Happy Novruz holidays! pic.twitter.com/fYtFiIFUJK
— Peter Michalko (@MichalkoPeter) March 18, 2023