29 Mart 2023 00:57
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçıları və iştirakçıları ifşa olunacaq.

Teleqraf.com-un məlumatına görə, bunu millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, həmin şəxslərin məqsədi Azərbaycanın dəyərli insanlarını ortada götürmək, dövlət elitasında, hakimiyyət orqanlarında bir xof yaratmaqdır: "Həmin şəxslər bununla siyasi senzuralar meydana gətirmək, hər kəs öz evində, yaxın çevrəsində qorxsun deyə bir ideologiyanın, bir düşüncəni cəmiyyətə bərqərar etmək istəyirlər. Amma onların bu istəyi alınmır. Azərbaycan çox ağır sınaqlardan, mərhələlərdən keçib. Biz bunu Vətən müharibəsindəki qələbəsindən sonra gözəgörünməz cəbhələrdə davam edən müharibənin tərkib hissəsi sayırıq. Bu proses dayanmayıb. Ona görə də Azərbaycanın dəyərli insanlarını terrorla aradan götürmək istəyirlər".

Xatırladaq ki, martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər