29 Mart 2023 17:06
5 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ümid edir ki, İran-Azərbaycan münasibətlərindəki gərginlik müvəqqəti xarakter daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Ümid edirik ki, Bakı ilə Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq”, - nazir bildirib.

Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması Azərbaycan, Rusiya və İranın iştirakı ilə, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində mühüm layihələrin həyata keçirilməsi kontekstində üçtərəfli əməkdaşlığın təşviqinə kömək edəcək.

“Mövcud problemlərin həllində dostlarımıza kömək etməyə hazırıq”, - Lavrov söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər