Sosial şəbəkələrdə yayımlanan Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən edilən şikayətlə bağlı açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, 3 saylı uşaq evinin direktor müavini Ülkər Babayeva Baku TV-yə bildirib ki, sosial şəbəkələrdə şikayəti yayımlanan azyaşlı davranış pozuntusu olduğu üçün psixiatriya xəstəxanasına yerləşdirilib:
“Azyaşlı dəfələrlə uşaq evindən oğurluq edib. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və daha sonra o, yenidən uşaq evində qalmağa davam edib”.
10:28
Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
O qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.