Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.
Teleqraf.com-un məlumatına görə, Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.