Naxçıvanda daha bir əsgər özünü güllələyib.
Teleqraf.com-un məlumatına görə, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə əsgər Cəlilov Kamran Rüstəm oğlu avtomat silahla özünü güllələyib. Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.
Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, əsgər K.Cəlilov Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb.