11 Aprel 2023 13:38
3 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhlükəsizlik bizim üçün çox böyük problemdir və bu problem addım-addım həll edilməlidir, bu da gündəmimizdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vayots Dzor rayonunda sakinlərlə görüşündə deyib.

“Siz keçmişin və indinin bütün fəsadlarını bilirsiniz. Baxın, dünya fırtınalı okeana çevrilib, böyük dövlətlərin problemi var, bu durumda kiçik dövlətlərin nə qədər əziyyət çəkəcəyini təsəvvür edin. Bizim vəzifəmiz regionumuzda ən qısa zamanda davamlı sülhün bərqərar olmasıdır. Bu da asan deyil”, - baş nazir bildirib.

Paşinyan sülh müqaviləsi ilə bağlı Ermənistanla Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğunu söyləyib, amma buna rəğmən anlaşmanın önəminə diqqət çəkib: “Bütün bunlara baxmayaraq, bu yolu ardıcıl şəkildə davam etdirməyə heç nə mane olmur”.

Baş nazir əlavə edib ki, komandası əsas diqqəti bu məsələnin həllinə yönəldib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər