13 Aprel 2023 10:45
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında baş verən təmaslara verilən reaksiyalar diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu bildirib.

“Son günlər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında baş verən təmaslara reaksiyalar:

Azərbaycan-Ermənistan sərhədində itkilərlə nəticələnən silahlı qarşıdurma;

Qazaxıstanda 2022-ci ilin yanvarında sosial tələblərlə başlanan etirazlar formatında yeni aksiyalar.

Maraqlıdır, Gürcüstanda nə baş verəcək?

Xatırladım ki, hər üç ölkə Türkiyə ilə birlikdə Orta Dəhliz adlanan qlobal nəqliyyat-kommunikasiya kompleksinin keçməli olduğu yolun üzərindədir”, - ekspert deyib.

Ərəstun Oruclu indi regional və qlobal güclər arasında ən intensiv müzakirə olunan məsələnin Orta Dəhlizlə bağlı olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər