ABŞ dövlət katibinin müavini Erika Olson Ermənistana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
17-18 aprel səfəri zamanı dövlət katibinin müavini Olson Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyanla görüşəcək.
Görüşlərdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı və Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqlar və Amerikanın bu prosesə dəstəyi müzakirə olunacaq.