20 Aprel 2023 13:37
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tex kəndi (Gorus rayonu) istiqamətdə 11 kilometrlik hissənin 5 kilometrini “problemli hissə” hesab edirik. Bu gündən həmin “problemli hissə” daha 1.4 kilometr qısaldılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu o deməkdir ki, sərhəd tənzimlənib. Sərhədi tənzimləmək o deməkdir ki, bizim də, azərbaycanlıların da o nöqtədə ümumi fikri var. Ermənistan və Azərbaycan sərhədçiləri həmin sərhəddən müəyyən məsafədə yerləşdirilib”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, indi 5 kilometr 3.6-ya endirilib:

“Yəni sərhədçilər birgə işləyirlər, sərhəd məntəqəsini tənzimləyirlər və müəyyən məsafədə yerləşdirilirlər. Ümid edirik ki, qalan 3.6 kilometr yolda düzəlişlər ediləcək və mövzu ümumi razılıq əsasında həll olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər