Ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və Türkiyə idmançılarının fitə basılması qəbuledilməz idi.
Teleqraf.com xəbər verir ki, bunu ağır atletika üzrə Ermənistan yığmasının baş məşqçisi Paşik Alaverdyan deyib.
“Narahatedici hallar oldu. Əlbəttə, bunu siyasiləşdirmək istəməzdim, amma deməliyəm. Gələn il eyni yarışlar üçün Türkiyəyə gedəcəyik. İndi təsəvvür edə bilərsinizmi, onların bizə münasibəti necə olacaq? Atletlərimizdən Tiqran Martirosyan vaxtilə Türkiyədə dünya çempionu oldu, bayrağımızı dalğalandırdıq, hər şeyi etdik. Ermənistanın adını qışqırdıq, amma heç kim bizə heç nə demədi. Onlar indi buna görə apellyasiya şikayəti veriblər. Bu, tamamilə mənasız münasibət idi”, - Alaverdyan bildirib.
Baş məşqçinin Azərbaycan bayrağını yandıran Aram Nikolyana təpkisi belə olub:
“Elə ağıllı idinizsə, gedib sərhəddə durardınız. Bir qarışıqlıq yaratmağa məcbur idiniz?”.