27 Aprel 2023 16:04
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa İttifaqı, xüsusən də Fransa Ermənistan-Azərbaycan münasibətlərinin qondarma nizamlanması prosesində dürüst vasitəçi rolunu oynamaq istəyirdi. Hesab edirəm ki, indiki vəziyyətə görə, onların bu istəkləri iflasa uğrayıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Fransalı və amerikalı tərəfdaşların hər kəsi yalnız Cənubi Qafqazda sülhün əldə edilməsi maraqlarını rəhbər tutduqlarına inandırmaq cəhdləri onların vaxtaşırı anti-Rusiya hücumları ilə rədd edilir. Belə mesajlar dürüst vasitəçi və ya konstruktiv işdən xəbər vermir. Oxşar ifadələr bizim hisslərimizi gücləndirir ki, Vaşinqton və Parisin real istəkləri konyunktur və Rusiyanın mövqelərini sarsıtmağa yönəlib, region xalqlarının taleyinin qayğısına qalmaq isə onların planlarına açıq şəkildə daxil edilməyib”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər