27 Aprel 2023 18:25
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan təxminən 30 il əvvəl qardaş Azərbaycanın Qarabağ və ətrafındakı ərazisinin 20 faizini təşkil edən 12 şəhərini işğal edib. İşğal nəticəsində 1 milyondan çox Azərbaycan türkü öz yurd-yuvasından didərgin düşüb, 20 min şəhid verib, 5 min nəfərin taleyi hələ də məlum deyil. Üstəlik, Xocalı qətliamı hələ də yaddaşlarda çox təzədir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

Nazir beynəlxalq hüquq çərçivəsində qəbul edilən bütün qərarlara, Azərbaycanın bütün diplomatik və sülhsevər səylərinə baxmayaraq, problemin illərlə həlsiz qaldığını, Minsk qrupunun problemi həll etmək iqtidarında olmadığını qeyd edib:

“Can Azərbaycan 2020-ci ilin payızında başladığı və 44 gün davam edən Vahid Vətən əməliyyatı ilə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etdi. Bu qələbənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalanıb. Bbu atəşkəs razılaşmasını yeni səhifə açmaq üçün mühüm fürsət kimi görürük. Ermənistanın ona uzadılan sülh və dostluq əlindən tutmasını gözləyirik. Hesab edirik ki, bu həm özü, həm də regionun rifahı, sülhü və sabitliyi üçün vacibdir.

Biz də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və davamlı sülhün əldə olunması üçün bütün səyləri dəstəkləyirik. Bununla belə, dalana dirənən bəzi təşəbbüslərə qarşı mövqeyimiz açıq və birmənalıdır. “İki dövlət - bir millət” anlayışına malik olduğumuz Azərbaycanın dərdi bizim dərdimiz, sevinci isə sevincimizdir. Bu günə kimi əziz bacı-qardaşlarımızın kədərində də, sevincində də yanında olmuşuq, bundan sonra da olacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər