“Azərbaycanla Ermənistan arasında münaqişənin kəskin mərhələsi Rusiya Prezidenti Vladimir Putinin səyləri sayəsində dayandırıla bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Söhbət dörd əsas istiqamətdə dialoq vasitəsilə irəliləyişdən gedir: regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün dialoq, iki ölkə arasında sərhədin demarkasiyası, ictimai və parlamentlərarası əlaqələr yaradılmadan ikitərəfli münasibətlərin tam normallaşmasından danışmaq çətindir.
Nizamlamanın əsas elementləri, atəşkəs və Ermənistan-Azərbaycan nizamlanmasının əsas istiqamətlərinin formalaşdırılması, bütün bu prinsiplər sırf Rusiya və onun prezidentinin vasitəçilik missiyası sayəsində formalaşıb və həyata keçirilməyə başlanıb. Bu, özlüyündə artıq ciddi nailiyyətdir.
Bu illər ərzində Rusiya dörd sahədə konkret əməli səylər göstərməyə çalışır ki, onların hər biri üzrə ciddi potensial və gələcək tərəqqi üçün əsaslar yaradılıb. Aydındır ki, Qarabağda və onun ətrafında baş verən xroniki və həssas münaqişə situasiyalarının həlli problemsiz davam edə bilməz”, - Rusiya rəsmisi bildirib.