9 May 2023 20:22
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Vaşinqtonda keçirilən danışıqlarda rəsmi Bakı və İrəvan mümkün sülh müqaviləsinin bəzi şərtləri ilə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel brifinqdə məlumat verib.

ABŞ rəsmisi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son danışıqlarını “konstruktiv” adlandırıb.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, əlavə xoşməramlılıq, çeviklik və kompromislər olarsa, tərəflər razılığa gələ bilərlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər