19 May 2023 11:08
4 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şarl Mişel Brüsseldə bildirdi ki, liderlər Almatı Bəyannaməsi əsasında Emənistanın 29.8 min, Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisinin bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Brüsseldən sonra kiçik bir ümid bəslədik ki, bu bəyanatı Ermənistan lideri yox, Avropa rəsmisi verib və bu, baş tutmaya bilər. Çünki Şarl Mişelin bəyanatları bəzən redaktə olunur. Amma Nikol Paşinyan eyni fikri Reykyavikdə təkrarlayanda bütün ümidlərimizi puç etdi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Zolyan deyib.

Ekspert Qarabağın da Azərbaycanın 86.6 kv.km-lik ərazisinə daxil olduğunu bildirib:

“Bunun dəqiqliklə vurğulanması o deməkdir ki, Paşinyan İlham Əliyevin Ermənistan rəhbərinin bəyan etməli olduğu tələbini yerinə yetirir: Qarabağ Azərbaycandır və nida! Yəqin Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə kompromis variantı seçilib və birbaşa “Qarabağ Azərbaycandır” ifadəsi əvəzinə Paşinyan 86.6 min kvadratkilometrə vurğu etməklə kompromis variantı tapıb.

Eyni zamanda, Paşinyan bir müddət əvvəl delimitasiyanın Sovet İttifaqının Baş Qərargahının xəritələri ilə aparılacağını söyləyib. Baş Qərargahın xəritələrinin nə olduğunu heç kim bilmir. Nəhayət, əgər rəqəm belə dəqiqliklə göstərilibsə, demək, nəyin və necə çatdırılacağına dair xəritələr də hazırdır. Bu o deməkdir ki, Qarabağ da Azərbaycan ərazisi olaraq təsdiqlənir və tanınır”.

Zolyan Paşinyandan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyib. Ekspert dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını ehtiva edən Almatı Bəyannaməsinə Ermənistan tərəfdən Petrosyanın imza atdığını xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər