Ötən gün Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorinin başçılığı ilə 15 Avropa ölkəsinin səfirləri Sünikə (Zəngəzura) səfər edib.
Teleqraf.com xəbər verir ki, Aİ rəsmiləri Avropa Gününə həsr olunmuş tədbirləri Zəngəzurda keçirmək qərarına gəliblər.
Dünən Qafanda olublar, bu gün Gorusa gedəcəklər.
İlin əvvəlində bölgə sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüs irəli sürülüb. Bölgəyə 5 il müddətinə 51 milyon avro veriləcəyi deyilirdisə, dünən 116 milyona yaxın olduğu açıqlanıb. Ermənistan mətbuatı iddia edir ki, məqsəd Zəngəzurun inkişafına töhfə vermək deyil, onun geosiyasi mövqeyi Qərb üçün önəmlidir.