31 May 2023 12:14
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Kişinyovda məhsuldar görüş gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Azərbaycan və Ermənistan liderləri həftəsonu Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu, problemlərin zorakılıq yolu ilə həllinə deyil, danışıqlar masasına doğru atılmış təsirli addım olacaq”, - ABŞ rəsmisi bildirib.

Millerin fikrincə, aqressiv ritorika yalnız keçmiş zorakılığın davamına gətirib çıxara bilər, həm ictimai, həm də özəl konstruktiv dialoq isə sülh, fürsət və ümid yarada bilər.

“Birləşmiş Ştatlar davamlı və ədalətli sülh sazişinin əldə edilməsi üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”, - sözçü qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər