3 İyun 2023 16:39
6 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş son görüşə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu haqda Feysbuk hesabında yazan ekspert Prezident İlham Əliyevin görüş ərzində rahat və inamlı göründüyünü söyləyib.

“Makron və Şolzun Paşinyanın mövqelərini gücləndirmək cəhdi uğursuz oldu, bu üçlük Azərbaycanın mövqeyini və sülh müqaviləsinə yanaşmalarını dəyişdirə bilmədi.

Beştərəfli formatda növbəti görüşün oktyabrda (İspaniyada) keçirilməsi planlaşdırılır. Ermənicə necə deyirlər: nə, oğlum, “lyaxlar” sənə kömək etdi?”, - ekspert bildirib.

Görüşdən foto paylaşan Korotçenko həmçinin əlavə edib:

“Kişinyovda beştərəfli görüş: rahat, gülümsəyən İlham Əliyev və gərgin, sifətində sanki lom udmuş ifadəsi olan Nikol Paşinyan. Bütün 1.5 saatını belə keçirdi”.

Moldovanın paytaxtında görüş iyunun 1-də keçirilib. Görüşdə Azərbaycan və Ermənistan liderləri ilə yanaşı, Avropa Birliyi, Fransa və Almaniya rəhbərləri də iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu