14 İyun 2023 15:19
58 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycandan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında danışıb.

Prezident Ərdoğan jurnalistin TDT ilə bağlı “Avropa Birliyinə bənzər konkret meyarlar müzakirə mövzusu ola bilərmi” sualına belə cavab verib:

“Türk Dövlətləri Təşkilatı ilə bağlı atdığımız bir addım var. Bunu təkmilləşdirmək və gücləndirmək üçün müəyyən addımlar atmaq olar. Qarşıda Qazaxıstan Türkistanında zirvə toplantısı olacaq. Əgər qeyri-adi heç nə baş verməsə, liderlərin bu sammitində iştirak etmək istərdim. Dünən Tokayev mənə bir daha xatırlatdı, fövqəladə bir şey olmasa, gələcəyimi dedim.

Qardaşım İlham Əliyevlə də görüşdük. Onun da proqramı var. Dedi ki, proqramın tarixini dəyişsə, orada da birlikdə olacağıq. Yəni türk cümhuriyyətləri orada bir araya gəlsələr, bu və ya buna bənzər məsələlərin müzakirəsi məqsədəuyğun olardı. Bunları həll etməyin, şübhəsiz ki, faydaları var. Çünki biz Demokratiya və Azadlıq Adasında Türk Dövlətləri Təşkilatı addımını atmışıq. Bunu inkişaf etdirməliyik. Nə edirsənsə, nöqtəni qoymalısan, sonra onu emal etməlisən.

Bu andan etibarən Türk Dövlətləri Təşkilatındakı proseslər bizi daha da sürətlə gücləndirəcək. Türk Dövlətləri Təşkilatının da bu gücə ehtiyacı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər