Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı gününü təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım olunub.
“9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür.
Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki 89 diplomatik nümayəndəliyində çalışan həmkarlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayırıq!”, - XİN-in paylaşımında qeyd olunub.