13 İyul 2023 11:20
3 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Ermənistan və Avropa Şurası liderləri arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Mən artıq həmin görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi danışıqlarında irəliləyiş əldə olunacaq”, - Paşinyan deyib.

O xatırladıb ki, iyulun 12-də Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası komissiyalarının dördüncü iclası keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər