12 Yanvar 2015 00:30
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır”. Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzaərət edir” - deyə polkovnik V.Dərgahlı bildirib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhə bölgəsində güclü atışmanın baş verməsi barədə məlumat yatıb. Məlumatda bildirilir ki, atışma saat 17:30-da Bağanıs kəndi yaxınlığında baş verib.

Erməni tərəfi bir erməni hərbçinin öldürüldüyünü təsdiq edir. Eyni zamanda bildirilir ki, atışmada guya bir Azərbaycan hərbçisi də həlak olub.


Müəllif:

Oxşar xəbərlər