17 Avqust 2023 14:14
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səmimidirlərsə, BMT Təhlükəsizlik Şurasının son iclasında özlərinə əl qatanlar üçün “ac ermənilər”ə göndərilən yüklərin hardan keçməsinin fərqi olmamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov deyib.

Ekspert ermənilərin Ağdam-Xankəndi yolundan istifadə etməkdən başqa seçimlərinin olmadığını bildirib:

“Məncə, ermənilərin və havadarlarının BMT Təhlükəsizlik Şurası təxribatından sonra dövlətimiz belə etməlidir: bu qurumun diami və qeyri-daimi üzvlərinə müraciət etməlidir ki, buyurun, “ac ermənilər”ə humanitar yardımınızı göndərin. Ağdam-Xankəndi yolu ilə yüklərinin göndərilməsinə təminat veriririk.

Özümüz də 5-6 TIR hazırlayıb aparıb ermənilərin blik-post qoyduğu yerin qarşısında saxlamalıyıq. Əgər “ac ermənilər” bunu qəbul etməsələr, o zaman əlimizdə bir neçə ciddi arqument olacaq. Birincisi, BMT Təhlükəsizlik Şurasında özlərinə əl qatanlar humanitar yük göndərməsələr, özlərini ifşa edəcəklər. Onlara görə “ac ermənilər”in “ölməməsi” üçün yüklərin hardan keçməsinin fərqi olmamalıdır. İkincisi, biz də “ac” və dönük vətəndaşlarımıza “bir qısmat yemək” təklif etmiş oluruq. Acından ölürsünüzsə, götürün yeyin, yox, onda özünüzçün kef edin. Yesəniz də Ağdamdan gedəni yeyəcəksiz, yeməsəniz də”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər