28 Avqust 2023 14:05
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Makron ağıllı-başlı adam deyil, bir sözü o biri ilə üst-üstə düşmür. Onun “indi diplomatiya vaxtı deyil” sözünün alt qatında “yeni diplomatiya”nın davamı, müharibə və ya açıq qarşıdurma durur”.

Fransa prezidentinin Azərbaycana qarşı mesajlarını Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli belə deyib.

“Makron bu sözlərlə Azərbaycana qarşı qarşıdurma və təzyiq yolunu seçdiyini bəyan edir. Bu isə sözün həqiqi mənasında davakar fransız neoimperializminin yenidən zühuru deməkdir. Fransa bu yolla Azərbaycanı mövqeyindən geri çəkməyə, qorxutmağa çalışır. Amma bu, baş tuta bilməz. Çünki dünya öz inkişaf yolunda müstəmləkəçilik dövrünü çoxdan geridə qoyub. Yeni dünyanın beynəlxalq qanunlara əsaslanan normaları var. Makron kimi təsadüfi adamlar bunu ayaq altına ata bilməz. Üstəlik, Azərbaycanla hədə-qorxu yox, mehriban və diplomatik dildə danışmalıdır. Fransanın ermənilərlə bağlı nə qədər fikirləri varsa, heç birini həyata keçirə bilməyəcək. İstəkləri qursaqlarında qalacaq”, - ekspert bildirib.

Qabil Hüseynli əmindir ki, Fransanın anti-Azərbaycan çağırışlarına böyük dövlətlərdə heç kim qoşulmayacaq: “Türkiyə yanımızdadır. Hamı bilir ki, Fransa müsəlmanları və türkləri sevmir. Bu məsələlərdə türk-müsəlman dünyası Makrona qarşı bir olacaq”.


Müəllif: Əsəd Məmmədəliyev