13 Yanvar 2015 09:06
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Danışıqlar Serbiyanın Baş naziri Aleksandr Vuçiçin ilkin olaraq mart ayına nəzərdə tutulmuş səfəri çərçivəsində keçiriləcək.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, səfərə hazırlıq məsələləri Serbiya hökumətinin başçısı ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovla bu günlərdə baş tutmuş görüşdə müzakirə olunub.

Tərəflər Azərbaycan şirkətlərinin Serbiyada yeni infrastruktur layihələrin reallaşdırılmasında iştirakının vacibliyini qeyd oediblər. Eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq ifadə olunub.

Serbiyanın Baş naziri bu ölkədə çalışan Azərbaycan şirkətlərinin fəaliyyətindən məmnunluğunu bildirib.

Baş nazirin səfəri çərçivəsində Azərbaycan-Serbiya biznes forumunun keçirilməsi də planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər