“Ermənistanın Suriyaya çevrilməsinə çox az – bir addım qalıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vaaqn Məlikyan deyib.
“Vəziyyət o qədər gərgindir ki, Suriyaya çevrilməyə bir addım qalıb və bunun səbəbi səriştəsiz diplomatiyadır. Dünyada durum çox həssasdır, əvvəlki dünya düzəni artıq yoxdur. Dünya çoxqatlı və çoxşaxəli dəyişikliklərə məruz qalır”, - diplomat bildirib.
Məlikyan Ermənistanın Qərb, İran və Rusiya arasında təhlükəli oyunlara getdiyini söyləyib.
“Rusiya-Ukrayna münaqişəsinin nəticəsi nə olur-olsun, kifayət qədər yeni və ciddi oyunçular ortaya çıxıb, yeni çağırışlar gətirdilər, ortaya yeni iddialar qoydular. Bizdən başqa hamı öz mövqeyini seçdi. Üstəgəl, çox təhlükəli oyunlar oynamağa başlamışıq, bunun fəsadları haqqında bir fikir yoxdur. Təkcə Qarabağa yox, Ermənistana da tezliklə “qış” gələcək”, - sabiq baş katib vurğulayıb.