Beynəlxalq Qızıl Xaç Komitəsinin yük maşınları Xankəndiyə Ermənistan istehsalı olan 23 tona yaxın un gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə separatçıların “informasiya mərkəzi” məlumat yayıb.
Yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırıldığı bildirilir. Məlumatda humanitar yükə Rusiya və İsveçrə istehsalı tibbi-gigiyena ləvazimatlarının da daxil olduğu deyilir.
“Bir neçə gündən sonra Rusiyanın Rostov şəhərindən eyni istiqamət üzrə yenidən BQXK-nin maşınları ilə yük daşımaları planlaşdırılır”, - məlumatda deyilir.